
İlk final oyunu baş tutub
- 17:56
- 35
Qadın voleybolçuların Yüksək Liqasında final mərhələsinə start verilib. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində “AZERRAIL” - “Abşeron” komandaları qızıl medal uğrunda ilk oyuna çıxıblar. Oyun “Abşeron” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ikinci oyunu aprelin 24-də Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.
Yüksək Liqa
Final
Birinci oyun
21 aprel
“AZERRAIL” - “Abşeron” 0:3 (19:25, 16:25, 18:25)