“İlk hissədə oyunun bu cür keçəcəyini gözləmirdik”
- 16 Noy 2023 00:32
- 306
“Sabah”ın basketbol komandasının məşqçisi Nikola Bojinovski FİBA Avropa Kubokunun qrup mərhələsində Türkiyənin “Baxçaşəhər” klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 80:99 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“Güclü rəqibə qarşı mübarizə aparacağımızı bilirdik. Lakin ilk hissədə oyunun bu cür keçəcəyini gözləmirdik. Fasilədən sonra daha yaxşı təsir bağışladıq. Müdafiədə diqqətli oynadıq. İkinci hissədə xarakter göstərdik və hesab arasındakı fərqi azaltdıq. FIBA Avropa Kubokunda azarkeşlərimiz önündə keçirəcəyimiz son oyunda yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Lakin “Nimburk” da lider “Baxçaşəhər”lə bərabər ən yaxşı qrup ikincisi kimi növbəti mərhələyə yüksəlməyi qarşısına məqsəd qoyub. Bu baxımdan çətin oyun olacaq”.