Sabah qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız ilk qarşılaşmasını İspaniyaya qarşı keçirəcək.

Mayın 28-də baş tutacaq görüşü idarə edəcək hakimlərin adları da bəlli olub. Voleybolçularımızın ilk qarşılaşmasının əsas ədalət təmsilçisi rumıniyalı Paul Katalin Aleksidir. Görüşün ikinci hakimi isə macar Peter Szabo olacaq.

Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.