
İlqar Nadirini "Kəpəz"də saxlayacaq səbəb
- 21 Fev 2025 13:00
- 483
Məlum olduğu kimi, "Kəpəz" yeni sponsorla anlaşıb və hazırda sənədləşmə işləri yekunlaşmaq üzrədir.
Rekord.az xəbər verir ki, AFFA klubla bütün bağlılığını rəsmən kəsəcək.
Yəni klubun idarəetməsi tamamilə yeni sponsorun nəzarətində olacaq. Ötən xəbərlərimizdə idarə heyətinin hazırkı sədri İlqar Nadirinin də yeni rəhbərlikdə təmsil olunacağını yazmışdıq. Bunun səbəbinə gəlincə. əldə etdiyimiz məlumata görə. yeni sponsoru komandaya cəlb edən məhz Nadiridir. Hələ may ayındna bununla bağlı müzakirələr gedir. Federasiya ilə görüşləri və danışıqları da məhz Nadiiri edib. Həm də yeni sponsorla dostluq münasibıtləri də varş Nadirinin bu günə qədər komanda üqçün cibindən əlavə vəsait xərcləməsi də bu məsələdə öz təsirini göstərib. AFFA da buna isti yanaşıb. Məhz bu səbəblərdən Nadiri bundan sonra da "Kəpəz" rəhbərliyində təmsil olunacaq.