
"İmişli" Bakıdakı bu stadionla razılığa gəldi
- 11:00
- 115
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "İmişli" böyük ehtimalla ev oyunlarını Bakıda keçirəcək.
Rekord.az xəbər verir ki, bu komandanın öz stadionu Premyer Liqa oyunlarını qəbul etməyə imkan vermir.
Buna görə AFFA Aran təmsilçisinə arenaya əl gəzdirmək üçün vaxt verib. "İmişli" rəhbərliyi artıq Bakıda özlərinə yeni stadion da tapıblar. Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi "ASK Arena" ilə ilkin razılığa gəlib və öz stadionu hazır olana qədər, ev oyunlarını burada keçirəcək.