Yeni mövsümdən Premyer Liqada komanda sayı 10-dan 12-ə qaldırıldı.

Rekord.az xəbər verir ki, elitaya yüksəlmək şansı olan komandalardan biri də "İmişli"dir.

Hazırda I Liqada 3-cü pillədə olan Aran təmsilçisi özünü Premyer Liqada oynamağa hazır sayır. Əldə etdiyimiz məlumata görə, elitaya çıxacaqları halda bu komandanı çalışdıracaq baş məşqçi ilə də anlaşıblar. Söhbət Tərlan Əhmədovdan gedir. Artıq tərəflər arasında ilkin danışıq və razılıq da olub. Əhmədovun "İmişli"nin baş məşqçisi olması üçün bu komandanın elitaya yüksəlməsi lazımdır.