“İnanıram ki, 2022-ci il daha səmərəli və uğurlarla zəngin dövr olacaq”
- 31 Dek 2021 23:08
- 791
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov gənclərə və idmançılara bayram təbriki ünvanlayıb.
Rekord.az xəbər verir ki, o, “Twitter” hesabında yaydığı paylaşımda bunları qeyd edib:
“Əziz gənclər və idman ailəsi, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm!
İnanıram ki, birgə fəaliyyətimizlə qarşıya qoyulan hədəflərə doğru 2022-ci il daha səmərəli və uğurlarla zəngin bir dövr olacaqdır”.