Avropa çempionatında 1/4 finalın son oyunları keçirilir.

Rekord.az xəbər verir ki, günün ilk matçında İngiltərə və İsveçrə milliləri üz-üzə gəlib.

Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İngiltərə yarımfinala yüksəlib.

Günün son matçında Türkiyə millisi Niderlandla qarşılaşacaq. 

AÇ-2024
1/4 final

6 iyul

İngiltərə – İsveçrə 1:1 (penaltilər 5:3)
Qollar: Bukayo Saka, 80 – Bril Embolo, 75.
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf. “Merkur Spiel-Arena”.