Koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqası ilə bağlı yeni müzakirələr ortaya çıxıb.

Rekord.az xəbər verir ki, Premyer Liqanın bəzi klubları cari mövsümün ləğv edilməsini və yenidən keçirilməsi ideyasını irəli sürüb.

Çempionatla bağlı bir müddət əvvəl keçirilən iclasda, klublar mövsümün tamamlanmasına razılıq vermişdilər. Hazırkı vəziyyətdə bəzi klubların mövsümün ləğvini tələb etməsi komandalar arasında fikir ayrılığına səbəb olur.

Premyer Liqada qərarın verilməsi üçün 20 klubdan 14-ü razılıq verməlidir. Premyer Liqanın oyunları pandemiya səbəbiylə aprelin 30-dək təxirə salınıb. Çempionatın turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.