İngiltərə millisi buna 28 ildən sonra nail oldu
- 07 İyl 2024 13:30
- 146
Futbol üzrə İngiltərə millisi 1996-cı ildən sonra ilk dəfə Avropa çempionatlarının final mərhələsində penaltilər seriyasında qalib gəlib.
Rekord.az xəbər verir ki, yığma son olaraq Almaniyada təşkil olunan AÇ-2024-ün 1/4 finalında ötən gün İsveçrəni məğlub edib.
Britaniyalılar əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə rəqibini üstələyib - 5:3.
Bu, komandanın 28 ildən sonra qitə çempionatında penaltilər seriyasında ilk qalibiyyətidir. Yığma o vaxtdan AVRO-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzub.
AÇ-2024 iyulun 14-də başa çatacaq. İngiltərə millisi yarımfinalda Niderland seçməsi ilə üz-üzə gələcək.