
İngiltərə millisində ciddi itki
- 19 Mar 2025 11:28
- 54
İngiltərə millisinin futbolçusu Koul Palmer zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.
Rekord.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin formasını geyindiyi "Çelsi" klubunun mətbuat xidməti məlumat yayıb.
Məşq sırasında əzələsini dartan 22 yaşlı oyunçu millinin heyətindən kənarda qalıb.
Palmer İngiltərənin dünya çempionatının seçmə mərhələsində qarşılaşacağı Albaniya və Latviya ilə görüşlərində iştirak edə bilməyəcək.