İngiltərə millisində müvəqqəti baş məşqçi
- 09 Avq 2024 19:20
- 147
Futbol üzrə İngiltərə millisinin müvəqqəti baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Yığma U-21-in baş məşqçisi Li Karsliyə tapşırılıb. 50 yaşlı mütəxəssis sentyabrda komandanı UEFA Millətlər Liqasındakı matçlara çıxaracaq.
Sentyabrın 7-də İrlandiyanın qonağı olacaq yığma üç gün sonra Finlandiyanı qəbul edəcək.
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün finalında İspaniyaya uduzduqları (1:2) matçdan sonra postundan ayrılıb.