Mançester Yunayted"in futbolçusu Skott Maktominey İngiltərə Premyer Liqasının 19-cu turunda "Nyukasl"la matçın (4:1) 24-cü saniyəsində sarı vərəqə alıb.

Cempion.az xəbər verir ki, o, rəqib futbolçu Şon Lonkstaffa qarşı fouluna görə xəbərdarlıq alıb.

Bu, ən azı 2006/2007 mövsümündən indiyə kimi ən tez verilən sarı vərəqədir.

Qeyd edək ki, İngiltərə Premyer Liqası tarixində ən sürətli xəbərdarlıq 1992-ci ilin martında olub. Həmin vaxt "Şeffild Yunayted" forması geyinən Vinnie Yones "Mançester Siti" görüşün 5-ci saniyəsində sarı vərəqə alıb.