
İngiltərə və Polşadan növbəti qələbə
- 25 Mar 2025 01:50
- 61
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.
Rekord.az xəbər verir ki, bu gün 3 qrupda 2-ci turun matçları keçirilib.
İngiltərə yığması Latviyanı böyük hesabla yenməklə ikinci qələbəsini rəsmiləşdirib. Polşa millisi də Maltanı yenməklə maksimum nəticə göstərməyə davam edir.
DÇ-2026-nın seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
24 mart
G qrupu
Litva – Finlandiya 2:2
Qollar: Kuçis, 39. Gineitis, 69 – Kairinen, 4. Pohyanpalo, 17-pen.
Polşa – Malta 2:0
Qollar: Sviderski, 27; 51.
Xallar: Polşa – 6. Finlandiya – 4. Litva – 1. Niderland – 0. Malta – 0.
H qrupu
Bosniya və Herseqovina – Kipr 2:1
Qollar: Demiroviç, 22. Hayradinoviç, 57 – Pittas, 45+2.
San Marino – Rumıniya 1:5
Qollar: Zannoni, 67 – Çevoli, 6-öz qapısına. Popesku, 44. Marin, 55-pen. Haci, 75. Alibek, 90+5.
Xallar: Bosniya və Herseqovina – 6. Rumıniya – 3. Kipr – 3. Avstriya – 0. San Marino – 0.
K qrupu
Albaniya – Andorra 3:0
Qollar: R.Manay, 9; 19. Uzuni, 90+2.
İngiltərə – Latviya 3:0
Qollar: R.Ceyms, 38. H.Keyn, 68. Eze, 76.
Xallar: İngiltərə – 6. Albaniya – 3. Latviya – 3. Serbiya – 0. Andorra – 0.