“Karantində olduğumuz zamanlarda idmanın, ünsiyyətin nə qədər vacib olduğunu düşünürk. Amma nəzərə almalıyıq ki, futbol sadəcə bir oyundur. Bunu nə qədər ciddi qəbul etsək belə, hazırda cəmiyyətdə baş verən hadisələr daha ciddidir”.

Rekord.az xəbər verir ki, bu sözləri “Mançetser Yunayted”in sabiq futbolçusu Rio Ferdinand koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasından danışarkən deyib:


Veteran futbolçu Premyer Liqanın ləğvinin tərəfdarı olduğunu bildirib: “Premyer Liqayla bağlı qarşıdakı həftələrdə qərar verilməsə, mövsüm ləğv edilməli və yenidən keçirilməlidir. Yəqin ki, “Liverpul” azarkeşləri komandalarının çempion olmasını istəmədiyimiz üçün bunu dediyimizi düşünəcək, amma indiki vəziyyətdə insanların, cəmiyyətin sağlamlığı haqqında düşünməliyik. Mövsümün ləğv edilməsi daha məntiqli qərar olacaq. Belə vəziyyətdə heç kim çempionluq qazana bilməz”.

Qeyd edək ki, pandemiyaya görə Premyer Liqa aprelin 30-dək dayandırılıb. Hazırda turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.