
“İnter” futbolçusu bir aya yaxın oynamayacaq
- 05 Mar 2025 14:45
- 58
"İnter"in müdafiəçisi Federiko Dimarko zədələnib.
Rekord.az xəbər verir ki, o, A seriyasının "Napoli" ilə son matçında (1:1) sıradan çıxıb.
Müdafiəçi təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Klubunun yaydığı açıqlamada yaxın günlərdə futbolçunun yenidən tibbi müayinədən keçəcəyi bildirilib.
Dimarko bu mövsüm 34 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə verib.