“İnter” Polşa millisinin futbolçusunu transfer etdi
- 06 İyl 2024 20:02
- 196
İtaliyanın "İnter" klubu digər A Seriyası təmsilçisi "Napoli"dən Pyotr Zelinskini transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı polşalı futbolçu ilə müddəti 2028-ci ilə qədər olan müqavilə imzalanıb.
2016-cı ildən "Napoli" klubunun formasını geyinən yarımmüdafiəçi bu müddət ərzində 364 oyun keçirib, 51 qola imza atıb. Zelinski Polşa millisinin heyətində meydana çıxdığı 93 matçda 12 qolla yadda qalıb.