Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç keçirilib.

“Real” İngiltərədə böyük hesabla uduzduğu “Arsenal”dan revanş almağa çalışıb. Amma London klubu cavab oyununda da qalib gəlməklə yarımfinala çıxıb.

“İnter” də “Bayern”i qəbul edib. Öz meydanında uduzan Almaniya təmsilçisinin bu dəfə gücü heç-heçəyə çatıb. Nəticədə “İnter” mərhələ adlayan tərəf olub.

Yarımfinal mərhələsi aprelin 29-30-da və mayın 6-7-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları

16 aprel

“Real” (İspaniya) - “Arsenal” (İngiltərə) 1:2
Qollar: Vinisius, 67 – B.Saka, 65. Q.Martinelli, 90+3.
İlk oyun - 0:3.

“İnter” (İtaliya) - “Bayern” (Almaniya) 2:2
Qollar: L.Martines, 58. B.Pavar, 61 – H.Keyn, 52. E.Dayer, 76.
İlk oyun - 2:1.