"İnter" 5 futbolçu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qapıçı Emil Audero, hücumçu Aleksis Sançes, həmçinin yarımmüdafiəçilər Xuan Kuadrado, Davi Klassen və Stefano Sensi müqavilələri başa çatdığı üçün klubu tərk ediblər.

Xatırladaq ki, "İnter" A Seriyasının son mövsümünün qalibi olub.