
“İnter”də ciddi itki
- 11 Mar 2025 12:20
- 76
Polşa millisinin və "İnter"in futbolçusu Pyotr Zelinski 2 ayadək yaşıl meydanlardan kənarda qalacaq.
Rekord.az xəbər verir ki, 30 yaşlı mərkəz yarımmüdafiəçinin baldır əzələsindən xəsarət aldığı bəlli olub.
O, "Montsa"ya 3:2 hesabı ilə qalib gəldikləri A Seriyasının 28-ci turunun oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxan futbolçu üç dəqiqə sonra əvəzlənib.
Zelinski cari mövsüm "İnter"də 33 matçda meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.