İtaliyanın "İnter" klubu futbolçusu Denzel Dumfrislə müqavilə müddətini uzadıb.


Rekord.az bu barədə Milan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.


28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.


Dumfris cari mövsümdə "İnter"in heyətində 15 oyunda 2 qol vurub. O, 2021-ci ildən İtaliya klubunun formasını geyinir.