PSJ icarə əsasında komandada oynayan Mauro İkardi ilə bağlı qərarını verib.

Rekord.az xəbər verir ki, Paris klubunun argentinalı hücumçunun komandada saxlamaq istədiyi bildirilib.

PSJ-nin oyunçunun müqavilə ilə məxsus olduğu "İnter"ə 70 milyon avro ödəməyi planlaşdırdığı vurğulanıb. İkardi bu mövsüm Fransa Liqasında 20 matçda 12 qol vurub.