“İnter”in futbolçusu Fransa klubuna keçdi
- 23 Avq 2024 20:45
- 154
Fransanın "Lans" klubu İtaliya təmsilçisi "İnter"in hücumçusu Martin Satrianonu icarəyə götürüb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı uruqvaylı ilə icarə müqaviləsi satınalma öhdəliyi ilə 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Satriano ötən mövsümü icarə əsasında Fransanın "Brest" klubunda keçirib. O, meydana çıxdığı 36 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.