“İnter”in yetirməsi “Cenoa”da
- 05 Yan 2020 18:30
- 983
İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Bolonya”dan Mattia Destronu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumçu mövsümün qalan hissəsində “Cenoa”nın şərəfini qoruyacaq. Destro 2010/11 mövsümündə də məhz bu komandada çıxış edib.
“İnter”in yetirməsi olan hücumçu, “Syena”, “Roma”, “Milan” kimi klublarda da oynayıb. Destro İtaliya millisində də 8 oyuna çıxıb.