“İnter”in yetirməsi “Leççe” ilə müqavilə bağladı
- 17 Dek 2019 12:42
- 857
İtaliyanın “Leççe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi Julio Donatini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı italiyalı sağ cinah müdafiəçisi yeni klubu ilə mövsümün sonunadək müavilə imzalayıb. Amma tərəflər bu müddəti daha 1 il artırmaqla da bağlı prinsipial razılıq əldə ediblər. Donati “Leççe”yə azad agent statusunda keçib.
Qeyd edək ki, “İnter”in yetirməsi olan Donati, 2010/11 mövsümündə də “Leççe”də icarədə oynayıb. O, daha sonra “Padova” və “Qrosseto”da da icarədə olub. 2013-cü ildə “Bayer”ə transfer olunan müdafiəçi, 2016-cı ildən də “Maynts”da forma geyinirdi.