Beynəlxalq Cüdo Federasiyasının (BCF) İrana qarşı tətbiq etdiyi sanksiya ləğv edilib.

Rekord.az xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar qəbul edib.

Mübahisələr 2018-ci ilin dünya çempionu Səid Mollayinin növbəti il İran millisini tərk etməsindən sonra başlayıb.

Mollayi bildirib ki, 2019-cu il mundialında İsrail təmsilçisi ilə qarşılaşmaması üçün ondan bütün görüşlərində məğlubiyyəti istənilib. BCF isə 2019-cu ilin oktyabrında İranın beynəlxalq yarışlardan məhrum edilməsinə dair qərar çıxarıb.