Boks üzrə İran çempionu Məhəmmədcavad Vəfai-Sani barəsində edam hökmü çıxarılıb.

Rekord.az xəbər verir ki, bu haqda məlumatı İranın insan hüquqları üzrə Norveçdə yerləşən qeyri-hökumət təşkilatı yayıb.

26 yaşlı idmançı 2019-cu ildə yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyalarında “hökumət binalarının yandırılmasında və dağıdılmasında iştirakda” ittiham olunub. O, 2020-ci ilin fevralında saxlanılıb.

Qeyd edək ki, 2020-ci ilin avqustunda güləş üzrə İran çempionatlarının qalibi və mükafatçısı Nəvid Əfkari barəsində məhkəmə iki dəfə ölüm hökmü çıxarıb. Məhkəmənin qərarına əsasən, 6 aylığa azadlıqdan məhrum olunan Əfkariyə 74 şallaq cəzası da kəsilib. Onun ikinci qardaşı Vahid Əfkari isə 54,5 il müdətinə azadlıqdan məhrum olunub, 74 şallaqla cəzalandırılıb. Üçüncü qardaş Həbib Əfkariyə 27 il 3 ay iş və 54 şallaq cəzası kəsilib.
Nəvid Əfkari ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, işgəncəyə məruz qaldığını, istintaq zamanı təcridxana əməkdaşlarının onu sellofan torba ilə boğduqlarını və boğazına alkoqol tökdüklərini bildirmişdi.