Emiliya-Romanyada (İtaliya) keçirilən «Ironman» status turniri Azərbaycan triatlonu üçün tarixi nəticə ilə əlamətdar olub.

Rekord.az xəbər verir ki, yarışda 14 idmançımız iştirak edib.

Onlardan ən yaxşı nəticəni «Triterra» klubunun təmsilçisi Teymur Fərəcov göstərib. O, “dəmir məsafəni” Azərbaycan triatlonçuları üçün rekord müddətdə qət edib. Fərəcov finişə çatmaq üçün 10 saat 12 dəqiqə 8 saniyə vaxt sərf edib. Bu, Ironman turnirlərində iştirak edən idmançılarımız üçün yeni nailiyyətdir.

Texniki nəticələrə gəlincə, Teymur 40-44 yaş kateqoriyası üzrə iştirakçılar arasında 87-ci yeri tutub.

Qeyd edək ki, yarış çətin şəraitdə keçirilib. Əlverişsiz hava şəraiti ilə əlaqədar təşkilatçılar startı bir gün təxirə salmağa məcbur olublar.