Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışını təşkil edəcək.

Rekord.az xəbər verir ki, ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku” reaqatasının ilk günü mayın 6-da Tərtər rayonunun Suqovuşan qəsəbəsində baş tutacaq.

Növbəti gün - mayın 7-də isə yarış Mingəçevirdə davam edəcək.