Veteran futbolçu İsgəndər Cavadov AFFA-nın son konfransından narazı qalıb.

Rekord.az xəbər verir ki, federasiyaya yaxın mənbədən cempion.az-a ötürülən məlumata görə Cavadovu narazı salan məqam vitse-prezident postuna onun özünün yox, Vaqif Sadıqovun seçilməsi olub.

Məhz bu seçimə görə Cavadov Elxan Məmmədovdan inciyib. İsgəndər bəyin fikrincə onun futbolçu keçmişi və nüfuzu daha yüksək olduğu üçün Sadıqovun yerinə ona etimad göstərilməli idi. Lakin baş katib - icraçı vitse-prezidentin istəyi ilə üstünlük Sadıqova verilib.

Cavadov hazırda İK-da yer alıb və eyni zamanda AFFA-dan "Kəpəz"ə kurator təyin olunub.