Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” 29-cu tur çərçivəsində öz meydanında “İstanbulspor”la qarşılaşıb. 


Oyun Bolu təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


Vüsal da bu görüşün iştirakçısı olub. O, bu matçın 88-ci dəqiqəsində meydana buraxılıb. 


“Boluspor” bu qələbə sayəsində turnir cədvəlində 44 xalla 6-cı pilləyə yüksəlib.