İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu, "Betis"in 32 yaşlı yarımmüdafiəçisi İsko olub.


O, mükafat uğrunda mübarizədə Kilian Mbappe ("Real"), Pedro Diaz ("Rayo Valyekano"), Umar Sadiq ("Valensiya") və Markos Alonsonu ("Selta") qabaqlayıb. Bu, İskonun 2024/25 mövsümündə ilk belə mükafatıdır.


Ötən ay ispaniyalı futbolçu 3 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.