İspaniya La Liqasının 26-cı turunda sabiq komandası "Real"a (Madrid) qol vurduqdan sonra hədsiz dərəcədə sevinc yaşayan İsko, bu davranışına görə "kral klubu"nun azarkeşlərindən üzr istəyib.


Rekord.az xəbər verir ki, 32 yaşlı vinger ötən gün "Betis"in 2:1 hesabı ilə qalib gəldiyi matçın ardından rəqib komandanın azarkeşlərinə səslənib.


"Vurduğum qola görə hədsiz dərəcədə sevindiyim üçün bütün "Real" azarkeşlərindən üzr istəyirəm. Bu komanda və azarkeşləri hər zaman mənim ürəyimdə qalacaq" - deyə o, bildirib.


Qeyd edək ki, İsko 2013-2022 illər aralığında "Real"ın formasını geyinib.