Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Rekord.az xəbər verir ki, həlledici oyunda rəqib Türkiyə yığması olub.

Görüş yerli komandanın qələbəsi ilə yekunlaşıb – 30:24.

Beləliklə, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş İslamiadanın qalibi titulunu qoruya bilməyib və gümüş medalla kifayətlənməli olub. Həmin vaxt finalda 26:28 hesabı ilə yenilmiş Türkiyə yığması bu dəfə məğlubiyyətin əvəzini çıxmağı bacarıb.

Kamerun millisi isə Bakı-2017-də olduğu kimi, yenə 3-cü yer uğrunda görüşdə Özbəkistana qalib gələrək, bürünc medala yiyələnib. 5 il öncəkindən fərqli olaraq, bu dəfə 35:27 yox, 40:27 hesabı qeydə alınıb.