Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Rekord.az xəbər verir ki, yığmamız yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.

Azərbaycan millisinin həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistan olub. Bu rəqibinə də 45:34 hesabı ilə qalib gələn Azərbaycan sablyaçıları İslamiadanın qalibi olublar.

Azərbaycan şpaqaçısı Ruslan Həsənov isə finala qədər irəliləsə də, həlledici dueldə qırğızıstanlı Roman Petrova 12:15 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.