İslamiada: Azərbaycan millisi çempion oldu
- 17 Avq 2022 19:15
- 477
Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb.
Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığmamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi də İslamiadanın qalibi olmuşdu.