İslamiada: Azərbaycan millisi ilk oyununa çıxır
- 08 Avq 2022 10:30
- 499
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün qadın voleybolçular mübarizəyə qoşulur. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisi də bu gün ilk görüşünə çıxacaq.
Sonuncu İslamiadanın qalibi olmuş voleybolçularımız B qrupunda çıxış edəcək. İlk rəqibimiz isə Seneqal yığmasıdır. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, digər qrup rəqiblərimiz Kamerun və Əfqanıstan kollektivləridir.
İslam Həmrəyliyi Oyunları
B qrupu
8 avqust
17:00 Seneqal - Azərbaycan