İslamiada: Azərbaycan üzgüçüsü ikinci oldu
- 17 Avq 2022 21:30
- 458
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.
Rekord.az xəbər verir ki, üzgüçü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmədə gümüş medala sahib çıxıb.
Şeyxəlizadəxangah məsafəni 1 dəqiqə, 2,24 saniyəyə qət edib.
Bu, Azərbaycan üzgüçüsünün ikinci, üzgüçülük üzrə yığmamızın isə 3-cü medalıdır.