Azərbaycanın stend atıcıları Fuad Qurbanov və Nurlana Cəfərova Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qızıl medalını qazanıb.

Rekord.az xəbər verir ki, cütlük skit üzrə qarışıq komanda yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Nurlana Cəfərova skit reytinq yarışlarında İslamiadanın bürünc medalını qazanmışdı.