İslamiada: Daha bir karateçimiz “bürünc” qazandı
- 17 Avq 2022 22:49
- 451
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha bir karateçisi medal qazanıb.
Rekord.az xəbər verir ki, Tural Ağalarzadə (67 kq, kumite) bürünc medala yiyələnib.
Xatırladaq ki, daha əvvəl Mədinə Sadıqova (55 kq, kumite) və Roman Heydərov (kata) bürünc medala sahib çıxmışdı.