Türkiyənin Konya şəhərində keçirilən İslam Oyunlarında voleybolçu kişilərin mübarizəsində növbəti turun oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız Mərakeşlə üz-üzə gəlib.

Oyun voleybolçularımız üçün yaxşı başlayıb və komandamız ilk seti qalib başa vurub. Növbəti hissədə rəqib qələbə qazansa da bundan artığını bacarmayıb. 4 set davam etmiş matçda millimiz 3:1 hesablı qələbəyə sevinib.

Beləliklə, keçirdiyi üç oyunun ikisində qələbə qazanan yığmamız yarımfinala yüksəlib.


İslam Həmrəyliyi Oyunları
A qrupu
13 avqust
   Azərbaycan - Mərakeş 3:1 (25:20, 22:25, 28:26, 25:19)