İsmayıllıda kikboksinq tədbiri
- 08 Yan 2024 10:22
- 253
Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin tədbirlər planına uyğun olaraq İsmayıllı Olimpiya İdman Kompleksində fəaliyyət göstərən İsmayıllı Kikboksinq idman klubunun direktoru Anar Həsənov tərəfindən "İdman hamı üçün" layihəsi çərçivəsində "Kikboksinq hamı üçün"devizi altında idman tədbiri keçirildi.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gəncləri zərərli, pis vərdişlərdən çəkindirmək, sağlam həyat tərzinin təbliği, eləcə də kikboksinq idman növünə marağın artırılması və yeni idmançıların cəlb olunmasından ibarət olub.