İsmayıllıda maraqlı idman tədbiri
- 04 Mar 2024 14:30
- 246
"İdman həftəsi" layihəsi çərçivəsində İsmayıllı şəhər Heydər Əliyev adına Parkda yerləşən açıq havada idman qurğularında həvəskar idmançılar müxtəlif idman məşqləri ediblər.
Rekord.az xəbər verir ki, məşqlərin keçirilməsində məqsəd "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü"nün qeyd olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin təbliğ olunmasından ibarət olmuşdur.