İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin və Dağlıq Şirvan Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə məktəbli qızlar arasında dama üzrə rayon turniri keçirildi.

Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd "8 Mart - Beynəlxalq Qadınlar Günü"nün qeyd olunması, eləcə də, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasından ibarət olmuşdur.

Turnirin qalibləri:

1-ci yer- Məmmədli Nərmin;

2-ci yer - Əhmədzadə Səbinə;

3-cü yer - Hacalıyeva Zərifə;

3-cü yer - Zeynallı Zəhra