İsmayıllı Dövlət Humanitar və Texnalogiya Kollecində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” nə həsr olunmuş İsmayıllı Dövlət Humanitar və Texnalogiya Kollecinin tələbələri və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri arasında şahmat idman növü üzrə birincilik keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnalogiya Kollecinin direktoru, DŞR Gənclər və İdman İdarəsinin rəis müavini və idman sektor müdiri, müəllimlər,tələbələr və şagirdlər iştirak ediblər.

Birincilikdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçıları çıxış edərək bildiriblər ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb.Bu proses indi də davam edir və şahmatın inkişafı dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır.

Əsas məqsədi Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsi,şahmat idman növünə marağın artırılması olan birincilikdə Hüseynzadə Sənan birinci yeri, Əlizadə Raul ikinci yeri , Xalıqov İbrahim isə üçüncü yeri qazanıblar. Qaliblər DŞR Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.