İsmayıllı rayon Heydər Əliyev adına Parkda “Şəhidlərin” xatirəsinə həsr olunmuş həvəskarlar arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirin keçirilməsi Şəhidlərin xatirəsinin daim yad edilməsi, əhali arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərdən uzaq olmaqları məqsədlərini özündə ehtiva edib.

Maraqlı və gərgin keçən idman tədbirində Qüdrət Adgözəlov birinci yeri, Seyran Abdullayev kinci yeri, Ayaz Əsədov və Kamran Hümmətli müvafiq olaraq üçüncü yerləri qazanıblar.Qaliblər DŞR Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.