İspaniya AÇ-2020-də!
- 16 Okt 2019 00:53
- 1256
Bu gün AÇ-2020-nin seçmə mərhələsində 8-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 4 qrupda 9 oyun keçirilib.
D qrupunda İsveçrənin qonağı olan İrlandiya qələbə qazanacağı təqdirdə, noyabrdakı matçların nəticəsindən asılı olmayaraq final mərhələsinə adlayacaqdı. Amma irlandlar bu görüşdə məğlubiyyətlə üzləşiblər.
F qrupunun lideri İspaniya İsveçin qonağı olub. İspaniyalıları Avropa çempionatına vəsiqə qazanmaq üçün heç-heçə də qane edirdi. Sözügedən komanda məhz 1 xal qazanmaqla bu vəzifənin öhdəsindən gəlib.
G qrupunda Latviyanı qəbul edən İsrail şansını davam etdirmək üçün mütləq qələbə qazanmalıydı. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
J qrupunda Finlandiya – Ermənistan və Yunanıstan – Bosniya və Herseqovina qarşılaşmalarının nəticəsi qrupdakı vəziyyətə aydınlıq gətirə bilərdi. Finlər doğma meydanda darmadağına seviniblərsə, bosniyalılar səfərdə məğlubiyyətlə üzləşiblər.
AÇ-2020-nin seçmə mərhələsi
15 oktyabr
D qrupu
İsveçrə - İrlandiya 2:0
Qol: Seferoviç, 16. Daffi, 90+3-öz qapısına.
Cəbəllütariq – Gürcüstan 2:3
Qol: Kaskyaro, 66. Çipolina, 74 – Xaraişvili, 10. Kankava, 21. Kvilitaya, 84.
F qrupu
İsveç – İspaniya 1:1
Qol: Berq, 50 – Rodriqo, 90+2.
Rumıniya – Norveç 1:1
Qol: Mitrita, 62 – Sorlot, 90+2.
Farer adaları – Malta 1:0
Qol: Baldvinsson, 71.
G qrupu
İsrail – Latviya 3:1
Qol: Dabbur, 16; 42. Zahavi, 26 – Kamess, 40.
J qrupu
Finlandiya – Ermənistan 3:0
Qol: Yensen, 31. Pukki, 61; 88.
Lixtenşteyn – İtaliya 0:5
Qol: Bernardeski, 2. Belotti, 70; 90+2. Romanyoli, 77. El Şaaravi, 82.
Yunanıstan – Bosniya və Herseqovina 2:1
Qol: Pavlidis, 30. Kovaçeviç, 88-öz qapısına – Qoyak, 35.