İspaniyanın Tenerife şəhərinin Otelçilər Birliyi İspaniya Futbol Federasiyasına və La Liqa rəhbərliyinə müraciət edib.

Rekord.az xəbər verir ki, otelçilər İspaniya çempionatının Kanar adalarında davam etdirilməsini təklif ediblər.

Onlar bildiriblər ki, Kanar adaları İspaniyadan tam təcrid olunub. Bu adada Sequndada çıxış edən “Tenerifa” və “Las-Palmas” klubları məskunlaşıb.

Otelçilər vurğulayıblar ki, adada La Liqanın və Sequndanın 42 klubunun yerləşməsi üçün müasir otellər var. Hələ ki, federasiya və La Liqa rəhbərliyi otelçilərə cavab verməyib. İspaniya çempionatı koronavirusa görə yarımçıq dayandırılıb.