İspaniya DÇ-2030 üçün bu stadionları seçdi
- 19 İyl 2024 21:00
- 201
Futbol üzrə 2030-cu il dünya çempionatına ev sahibliyi edəcək ölkələrdən biri olan İspaniya Futbol Federasiyası (RFEF) oyunların keçiriləcəyi 11 stadionun adını açıqlayıb.
Rekord.az RFEF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyada baş tutacaq mundialın oyunları "Anoeta" (San Sebastyan), "Kamp Nou" (Barselona), "Qran Kanariya" (Las-Palmas), Olimpiya stadionu (Sevilya), "Rosaleda" (Malaqa), "Nueva Romareda" (Saraqosa), "Kornelya - El Prat" (Barselona), "Riasor" (La-Korunya), "San-Mames" (Bilbao), "Metropolitano", "Santyaqo Bernabeu" (Madrid) stadionlarında gerçəkləşəcək.
Turnirin final matçının Madriddə keçirilməsi nəzərdə tutulur.
2030-ci ildə dünya çempionatları tarixinin 100 illlik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq mundiala 6 ölkə - İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.
İlk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.