Rusiyanın “Tümen” klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını İspaniyada davam etdirə bilər.

Rekord.az “Laopiniondemurcia” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə “ElPozo” maraqlanır. Lakin hələlik tərəflər arasında rəsmi danışıq olmayıb.

Məlumatda Braziliya əsilli oyunçunun ötən il 150 min avro qarşılığında İspaniya təmsilçisi “Palma”dan “Tümen”ə keçdiyi vurğulanıb.